Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İlkin İzzət/
Respublikanın daxili işlər orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni uğurla davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə İran İslam Respublikasının vətəndaşı Tizfəhim Fətullah saxlanılıb. Baxış zamanı onun əlindəki sellofan torbadan külli miqdarda narkotik vasitə - 5 kiloqram 190 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.
Müəyyən edilib ki, T.Fətullah istintaqa məlum olmayan mənbədən satış məqsədilə tiryək əldə edərək özündə saxlayıb. Daha sonra həmin narkotik vasitəni Biləsuvar rayonu ərazisində 15 min ABŞ dollarına satmaq istəyib.
Faktla bağlı respublika Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq aparılır.