Özbəkistan, Daşkənd, 18 sentyabr /Trend, müxbir Dəmir Əzizov/
Daşkənddə bina yanır.
Trend-in məlumatına görə, Özbəkistanın paytaxtı Daşkəndin mərkəzində - Alay bazarının qarşısında və "Wyndham Tashkent" (keçmiş "Dedeman") hotelinin yaxınlığında çoxmərtəbəli inzibati bina yanır.
Yanğının baş vermə səbəbi hələ məlum deyil.
Hadisə yerinə çoxsaylı yanğınsöndürmə və təcili tibbi yardım briqadaları gəlib.
X X X
Məlumata əsasən, hazırda yanğın söndürülüb.
Yanğının baş vermə səbəbi ilə bağlı rəsmi məlumat verilməsə də, yaxınlıqda olan sakinlərin sözlərinə görə, yanğına binada aparılan qaynaq işləri səbəb olub.
Yanğının ətraf binalara keçməsinin qarşısı alınıb.
Ölənlər və yaralananlar barədə məlumat verilimir.