...

Bakıda iki nəfər yolun ortasında talan edilib

Hadisə Materials 19 Sentyabr 2015 12:53 (UTC +04:00)
Bakıda soyğunçuluq və quldurluq yolu ilə 2 nəfər talanıb.
Bakıda iki nəfər yolun ortasında talan edilib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda soyğunçuluq və quldurluq yolu ilə 2 nəfər talanıb.

Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Trend-ə verilən məlumata görə, sentyabrın 14-də saat 21 radələrində T.Elçin küçəsində Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Sevil İsmayılovaya zor tədbiq edərək qızıl boyunbağısını soyğunçuluq yolu ilə talayıblar. Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törətməkdə şübhəli bilinən Masallı rayon sakini, 1978-ci il təvəllüdlü Zaur Rahil oğlu Əsgərov tutulub.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, sentyabrın 6-da axşam saatlarında Azadlıq prospektində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Kamal Dünyamalıyevi bıçaqla hədələyərək 11 manat pulunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Asif Fərrux oğlu Baxşıyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti