...

Polis dələduzluq edən şəxsi saxlayıb

Hadisə Materials 23 Sentyabr 2015 14:47 (UTC +04:00)
Gəncədə dələduzluq edən şəxs saxlanılıb.
Polis dələduzluq edən şəxsi saxlayıb

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir Elmir Murad/

Gəncədə dələduzluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Eyyub Əsgərovun mobil telefonunu dələduzluq yolu ilə mənimsəyən Goranboy rayon sakini Elşad Əsgərov saxlanılıb. O, Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Araşdırma zamanı onun əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti