...

Kür çayında 13 yaşlı uşağın meyiti tapılıb

Hadisə Materials 28 Sentyabr 2015 11:17 (UTC +04:00)
Dörd gün əvvəl Kür çayında batan 13 yaşlı uşağın meyiti tapılıb.
Kür çayında 13 yaşlı uşağın meyiti tapılıb

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir İlkin İzzət/

Dörd gün əvvəl Kür çayında batan 13 yaşlı uşağın meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, bu il sentyabrın 24-də Kür çayının Sabirabad rayonu, Ulucanlı kəndi ərazisindən keçən hissəsində, ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 25 km aralı, nəzarətsiz ərazidə batmış 2002-ci il təvəllüdlü Telman Seyran oğlu Əhmədlinin axtarışları başa çatıb.

T.Əhmədlinin cəsədi FHN-nin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, 10 km aralıda, Hacıqabul rayonu, Abdulabad kəndi ərazisində tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:48-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti