Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir Elmir Murad/
Bakıda ağır yol qəzası baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, hələlik sürücüsünün şəxsiyyəti müəyyən edilməmiş "Mitsubishi" markalı avtomobil aşıb və nəticədə sərnişinlərdən Bakı şəhər sakini Məhəmməd Hüseynov və Oğuz rayon sakini Eyvaz Osmanov ölüb. Digər 6 sərnişin yaralandığından xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.