Azərbaycan, Bakı, 16 oktyabr /Trend/
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə küçəsi, 6-cı döngə, ev 7-də yaşayan 18 yaşlı şəhər sakini Şəhriyar Əliyev yaşadığı evin həyətində bıçaqlanıb.
Hələlik onun kim tərəfindən bıçaqlandığı bilinmir.
Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralıya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.