Azərbaycan, Bakı, 17 oktyabr /Trend/
Gədəbəy rayonun Miskinli kənd sakini 67 yaşlı Təzəgül Mehdiyeva axşam saatlarında bədənin müxtəlif nahiyələrinin xəsarətləri ilə Gəncə şəhər TTYX-ya çatdırılıb.
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, həkimlər tərəfindən tibbi yardım göstərilən yaralının vəziyyəti ağır olduğundan o xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin hansı necə baş verdiyi, hüquq mühafizə orqanları tərəfindən aparılan araşdırmadan sonra məlum olacaq.