...

Bakıda xarici vətəndaşları qarət edənlər saxlanılıb

Hadisə Materials 26 Oktyabr 2015 13:20 (UTC +04:00)
Bakıda Rusiya vətəndaşı qarət olunub.
Bakıda xarici vətəndaşları qarət edənlər saxlanılıb

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir Elmir Murad/

Bakıda Rusiya vətəndaşı qarət olunub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 19-da Rusiya vətəndaşı Georgiy Rostovşikovun içərisində 250 manat, 200 avro və 100 dollar, habelə mobil telefon olan çantasını soyğunçuluq yolu ilə almış Balakən rayon sakini Yadigar Qurbanov, Qəbələ rayon sakini Vasif Musayev və Sabirabad rayon sakini Bəhruz Məmmədov saxlanılıb. Onlar Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.

Saxlanılan şəxslərlə bağlı aparılmış əməliyyat tədbirləri nəticəsində məlum olub ki, onlar oktyabrın 25-də Səbail rayonu ərazisində "Bredro SHOK" neft şirkətinin mühəndisi, Hindistan vətəndaşı Vishal Kiron Sammeli bıçaqla hədələyərək ondan 50 manat pul, sürücülük vəsiqəsi və 2 ədəd bankomat kartını alıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti