...

Bakıda axtarışda olanların yarısı dələduzluqda ittiham olunur

Hadisə Materials 26 Oktyabr 2015 16:27 (UTC +04:00)
Hazırda Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən 59 nəfər axtarışa verilib ki, onlardan 30-u Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirli bilinir.
Bakıda axtarışda olanların yarısı dələduzluqda ittiham olunur

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir Azər Niftiyev/

Hazırda Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən 59 nəfər axtarışa verilib ki, onlardan 30-u Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə təqsirli bilinir.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178-ci maddəsi dələduzluq əməllərini özündə ehtiva edir və ağırlıq dərəcəsindən asılı olaraq, 2 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Bu sırada dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə və digər cinayət əməllərini göstərmək olar.

Göründüyü kimi, axtarışda olanların çoxu məhz digərinin əmlakına qanunsuz olaraq göz qoyur, insanların etimadından sui-istifadə edib, onların vəsaitlərini ələ keçirirlər.

Araşdırmalarımız zamanı məlum oldu ki, Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verilənlər arasında ictimaiyyətin tanıdığı iki məşhur sima var.

Qeyd edək ki, bunlardan biri tanınmış meyxanaçı, el arasında Vahid Qədim kimi tanınan Səfərov Vahid Ağabala oğludur. 1973-cü ildə anadan olan V.Səfərov CM-nin 178.3.2-ci maddəsi ilə (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) axtarışdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti