Azərbaycan, Bakı, 26 oktyabr /Trend/
Bakı şəhərində 1 nəfər özünü dənizə atmıb.
Fövqəladə Hallar Nazirlyindən (FHN) Trend-ə verilən məlumata görə, Səbail rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1,5 km aralı, nəzarətsiz ərazidə) 1 nəfər özünü dənizə atıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.
Xilasedicilər Məmmədova Həmidə Ramiz qızının cəsədini batdığı yerdən çıxararaq aidiyyəti üzrə tehvil veriblər.
Əməliyyat saat 20:53-də başa çatıb.