Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Elmir Murad/
Sumqayıt şəhər sakinindən silah-sursat götürülüb.
Daxili İşlə Nazirliyindən Trend-ə verilən məlumata görə, silah-sursat Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanıb.
Belə ki, əməliyyat zamanı şəhər sakini Ülvü Məmmədovdan "Makarov" markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı götürülüb.