Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir Elmir Murad/
Ağsuda keçmiş həyat yoldaşını qətlə yetirmiş şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Ərəbsarvan kəndində yaşayan Elnurə Eyyubovanın evinə gəlmiş keçmiş əri Kavus Hüseynov münaqişə zəminində bıçaqla ona xəsarət yetirib. Nəticədə E.Eyyubova hadisə yerində ölüb.
Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Hüseynov tutulub.