...

Maştağa sakini qətlə yetirilib

Hadisə Materials 11 Noyabr 2015 13:13 (UTC +04:00)
Bakıda münaqişə zəmnində qətl hadisəsi baş verib.
Maştağa sakini qətlə yetirilib

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Elmir Murad/

Bakıda münaqişə zəmnində qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə daxil olan məlumata görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Maştağa qəsəbə sakini İsmayıl Abduləliyev kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya gətirilib və orada dünyasını dəyişib.

Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəninin münaqişə zəminində baş verdiyi məlum olub. Qətli törədən Bakı şəhər sakini Tofiq Şəkərov saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti