...

Ağstafada 2 avtomobil toqquşub: ölən və yaralanan var (FOTO)

Hadisə Materials 11 Noyabr 2015 21:54 (UTC +04:00)
Ağstafada iki avtomobil toqquşub.
Ağstafada 2 avtomobil toqquşub: ölən və yaralanan var (FOTO)

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Ağstafada iki avtomobil toqquşub.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, Bakı-Qazax avtomagistralının 460-cı kilometrliyində, Ağstafa rayonun Qırılı kəndi ərazisində yol qəzası baş verib.

Qazaxdan Tovuza gedən "VAZ 2106" markalı avtomobil Qırılı kəndi ərazisində "VAZ" markalı maşınla toqquşub. Zərbənin gücündən avtomobillər yararsız hala düşüb.

Avtomobillərdən birində olan 46 yaşlı Tovuz rayon Əlibəyli kənd sakini Mahir Cəfərov hadisə yerində dünyasını dəyişib.

Digər şəxslər- Tovuz rayon Aşağı Quşçu kənd sakinləri Sərdar Rüstəmov, Seymur Qasımov, Arzu Bağırov və Qazax rayon Çaylı kənd sakini Etibar Bənnayev isə müxtəlif dərəcəli xəsarətləri alaraq Ağstafa və Qazax rayon mərkəzi xəstəxanalarına yerləşdiriliblər. Hazırda onların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti