...

Ağır yol qəzası Heydər Əliyev prospektində böyük tıxac yaradıb

Hadisə Materials 14 Noyabr 2015 12:15 (UTC +04:00)
Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ağır yol qəzası Heydər Əliyev prospektində böyük tıxac yaradıb

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir Elmir Murad/

Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şahidlərin Trend-ə verdiyi məlumata görə, qəza nəticəsində yolda böyük tıxac yaranıb. Hadisənin baş verməsi barədə təfərrüatları, ölən və yaralalanlar barədə hələki dəqiq məlumat yoxdur.

Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov hadisəni Trend-ə təsdiqləyib: "Qəza törətmiş "Mercedes" marakalı avtomobil idaretməni itirərək əvvəl işıq dirəyinə, daha sonra ağaca çırpılıb".

V.Əsədov hazırda hadisə yerində araşdırma aparıldığını və əlavə məlumat veriləcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti