...

Məhkəmə prokurorun ərini öldürən qadın barədə protestini təmin etmədi - (FOTO)

Hadisə Materials 17 Noyabr 2015 10:47 (UTC +04:00)
Bakı Apelyasiya Məhkəməsində Bakı şəhər sakini Yelena Maxrovanın Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məhkəmə prokurorun ərini öldürən qadın barədə protestini təmin etmədi - (FOTO)

Bakı. Nicat Abdullayev - Trend:

Bakı Apelyasiya Məhkəməsində Bakı şəhər sakini Yelena Maxrovanın Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bu ilin mart ayında əri Sabir Qurbanov ilə aralarında yaranan mübahisə zamanı bıçaqdan istifadə edərək qətl törədən Y.Maxrova Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın sərtləşdirilməsi ilə bağlı prokuror Apelyasiya Məhkəməsinə müraciət edib. Buna səbəb kimi S.Qurbanovun qohumlarının narazılıq etməsi göstərilib.

Bakı Apelyasiya Məhkəməsində cinayət işinin təkrar araşdırılmasından sonra prokurorun protesti təmin edilməyib və birinci instansiya məhkəməsinin çıxardığı hökm qüvvəsində saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti