...

Zərdabda yaşayış evində yanğın baş verib, bir nəfər yanıq xəsarəti alıb

Hadisə Materials 23 Noyabr 2015 06:53 (UTC +04:00)
Zərdab rayonunda vətəndaşa məxsus evdə baş verən yanğında bir nəfər yanıq xəsarəti alıb.
Zərdabda yaşayış evində yanğın baş verib, bir nəfər yanıq xəsarəti alıb

Bakı. Trend:

Zərdab rayonunda vətəndaşa məxsus evdə baş verən yanğında bir nəfər yanıq xəsarəti alıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir ki, rayonun Qoruqbağı kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan birmərtəbəli, 1 otaqlı evdə yataq dəsti və geyim əşyası yanmışdır.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti almış və yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilmişdir. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın saat 00:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti