...

Bakı bulvarında intihar cəhdi

Hadisə Materials 7 Dekabr 2015 16:10 (UTC +04:00)
Bakı bulvarında intihar cəhdinin qarşısı alınıb.
Bakı bulvarında intihar cəhdi

Bakı. Trend:

Bakı bulvarında intihar cəhdinin qarşısı alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1 km sola, nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.

Nazirliyin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti