...

Partlayıcı oyuncaqların satışının qarşısının alınması tədbirləri davam edir

Hadisə Materials 24 Dekabr 2015 14:48 (UTC +04:00)
Bakıda partlayıcı oyuncaqların satışının qarşısının alınması ilə bağlı daha bir əməliyyat keçirilib.
Partlayıcı oyuncaqların satışının qarşısının alınması tədbirləri davam edir

Bakı. Samir Məmmədov-Trend:

Bakıda partlayıcı oyuncaqların satışının qarşısının alınması ilə bağlı daha bir əməliyyat keçirilib. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən paytaxtın Suraxanı, Yasamal və Qaradağ rayonları ərazilərindəki mağazalarda satıcı işləyənlər - Abbas Rəhimovdan, İskəndər Bayramovdan və Vaqif Həsənovdan ümumilikdə 5352 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti