...

Xəzərdə yenə balıqçı qayığı aşdı - iki nəfər itkin düşdü

Hadisə Materials 24 Dekabr 2015 14:40 (UTC +04:00)
Xəzər dənizində daha bir balıqçı qayığı qəzaya uğrayıb.
Xəzərdə yenə balıqçı qayığı aşdı - iki nəfər itkin düşdü

Bakı. Samir Məmmədov - Trend:

Xəzər dənizində daha bir balıqçı qayığı qəzaya uğrayıb. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, hadisə dekabrın 23-də Xəzərin Sumqayıt şəhərinə aid hissəsində baş verib.

Sumqayıt şəhər sakinləri Mustafa Quliyev, Bəndəli Əliyev və Siyəzən rayon sakini Salamat Qasımov taxta qayıqla Xəzər dənizində olarkən qayıq aşıb. Nəticədə B.Əliyev sudan çıxarılsa da, digərlərini xilas etmək mümkün olmayıb. Hazırda həmin iki nəfərin axtarışları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti