...

Gömrüyün "narkotiksiz gün"ü olmur

Hadisə Materials 14 Yanvar 2016 15:32 (UTC +04:00)
Metadon adlı narkotik vasitələr aşkar edilib.
Gömrüyün "narkotiksiz gün"ü olmur

Bakı. Trend:

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Raminə Əliyevanın əl çantasına baxış zamanı 2 ədəd flakonda, məhlul formasında, ümumi xalis çəkisi 0,240 qram təşkil edən metadon adlı narkotik vasitə aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn daha bir Azərbaycan vətəndaşı Böyükağa Əliyevin əl yükündən isə 6 ədəd həb şəklində "Metadone-40" adlı dərman preparatı aşkar olunaraq götürülüb.

Xatırladaq ki, metadon adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan 6 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,24 qram təşkil edir.

Hər iki faktla bağlı təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti