...

Ağstafada 14 ton ot bağlaması külə çevrildi (FOTO)

Hadisə Materials 15 Yanvar 2016 15:38 (UTC +04:00)
Ağstafa rayonunun Pirili kəndində Elman İbrahimova məxsus həyətdə yanğın baş verib.
Ağstafada 14 ton ot bağlaması külə çevrildi (FOTO)

Bakı. Trend:

Ağstafa rayonunun Pirili kəndində Elman İbrahimova məxsus həyətdə yanğın baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, kənd sakininin mal-qara üçün yığdığı 14 ton ot yanaraq yararsız hala düşüb.

Alovu söndürmək mümkün olmadığından kəndə Ağstafa YMH-nin canlı qüvvəsi və avtomobilləri çağırılıb. Görülən qabaqlayıcı tədbirlər nəticəsində kənd sakininə məxsus 30 ton ot bağlamasının yarısından çoxunu söndürmək mümkün olub. Ətrafdakı tikililər, mal-qara yanğından zərər görməyib.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti