Bakı. Trend:
Goranboy rayonunda inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanğın saat 12:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Neftçala rayonunda vətəndaşa məxsus ümumi sahəsi 28 kv.m olan 2 otaqlı mənzilin bir otağında 8 kv.m sahədə ev əşyaları yanmışdır. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 12:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.