...

Şəmkirdə piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb

Hadisə Materials 10 Fevral 2016 03:24
Hadisə Şəmkir rayonun Bayramlı kəndində baş verib
Şəmkirdə piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Hadisə Şəmkir rayonun Bayramlı kəndində baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Şəmkir rayon Bayramlı kənd sakini 41 yaşlı Cəmilə Ələsgərova yolu keçmək istiyərkənonu avtomobil vurub. Yaralı dərhal rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Ona ilkin tibbi yardım göstərilib və həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

Cəmilə Ələsgərovanı vuran sürücü isə hadisə yerindən qaçıb. Sürücünün tapılması istiqamətində axtarışlar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti