...

Ağcabədidə qoyun oğrusu tutuldu

Hadisə Materials 15 Fevral 2016 13:32 (UTC +04:00)
Ağcabədidə 67 baş qoyun oğurluğu faktı qeydə alınıb.
Ağcabədidə qoyun oğrusu tutuldu

Bakı. Trend:

Ağcabədidə 67 baş qoyun oğurluğu faktı qeydə alınıb. Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Ağcabədi RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il noyabrın 7-də rayon sakini Bulud Quliyevə məxsus fermadan 67 baş qoyun oğurlamış Kürdlər kənd sakini, əvvəllər məhkum olunmuş Aydın Şirinov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti