...

Narkotik alverçisinə 8 il cəza verildi

Hadisə Materials 16 Mart 2016 16:49 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Çingiz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Narkotik alverçisinə 8 il cəza verildi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Çingiz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ç.Abbasov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ç.Abbasov ötən il polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində axtarış aparılarkən narkotik maddə aşkarlanıb.

O, Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti