...

Şəmkirdə "VAZ"la "Mercedes" toqquşub

Hadisə Materials 7 Aprel 2016 03:43 (UTC +04:00)

Bakı. Trend:

Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, "Mercedes" markalı avtomobil onunla eyni istiqamətdə hərəkət edən "VAZ 2105"-ə arxadan çırpılıb.

Nəticədə "VAZ" markalı nəqliyyat vasitəsinin sürücüsü idarəetməni itirib və avtomobil hərəkət zolağından çıxaraq yol kənarına düşüb. Hadisə zamanı "VAZ"-ın sürücüsü 53 yaşlı Fəxrəddin Hacıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti stabildir.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti