...

Masallıda meyvə-tərəvəz istixanasının anbarındakı yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 7 Aprel 2016 17:16 (UTC +04:00)

İlk xəbər saat 14:26-da yayımlanıb.

Bakı. Trend:

Masallı rayonu, Digah kəndində (rayon mərkəzindən 1 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 1648 kv.m olan soyuducu anbarda izolyasıya qatı, soyuducu və içərisinə yığılmış materiallar 1600 kv.m sahədə yanıb. Yüksək temperaturdan anbarın yüngül metal konstruksiya örtüyü deformasiyaya uğrayıb. Yaxınlıqdakı istixanalar, inzibati bina və yarımstansiya yanğından mühafizə olunub.

Yanğın saat 15:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

x x x

Masallıda meyvə-tərəvəz istixanasının anbarı yanır.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Digah kəndində meyvə-tərəvəz istixanasının anbarında yanğın hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazırliyin Dövlət Yanğından Mühafizə Xidmətinin avtomobilləri və canlı qüvvəsi hadisə yerinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti