...

Prokuror həbsdə olan şairə cəza istəyəcək

Hadisə Materials 27 Aprel 2016 15:13 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilən şair Saday Şəkərlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Prokuror həbsdə olan şairə cəza istəyəcək

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilən şair Saday Şəkərlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu barədə Trend-ə S.Şəkərlinin vəkili Fəxrəddin Mehtiyev məlumat verib.

Vəkil bildirib ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə istintaq sənədləri elan edilib. Daha sonra prosesdə məhkəmə istintaqı yekunlaşıb və növbəti məhkəmə prosesi mayın 5-nə təyin edilib.

Növbəti prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə iş istəyəcək.

Qeyd edək ki, 2015-ci il dekabrın 24-də Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərli iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti