...

Prokuror Saday Şəkərliyə 10 il cəza istədi

Hadisə Materials 11 May 2016 17:08 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə hədə yolu ilə tələb etməkdə təqsirləndirilən yazıçı-şair Saday Şəkərlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam edib.
Prokuror Saday Şəkərliyə 10 il cəza istədi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə hədə yolu ilə tələb etməkdə təqsirləndirilən yazıçı-şair Saday Şəkərlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, prosesdə məhkəmə istintaqı başa çatıb və dövlət ittihamçısı təqsirləndirilən şəxsə 10 il cəza istəyib.

Proses mayın 16-da davam edəcək.

İttiham aktına görə, Bakı şəhər sakini Saday Şəkərovun (Saday Şəkərli) külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. S.Şəkərov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. S.Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti