...

Avtomobilin qapılarında 14 min siqaret (FOTO)

Hadisə Materials 18 May 2016 15:29 (UTC +04:00)
Tovuz rayon sakininin idarə etdiyi “Nissan X-trail” markalı nəqliyyat vasitəsinə tütün məmulatlarının axtarışı üzrə "Belıy" ləqəbli kinoloji xidmət itinin vasitəsilə baxış keçirilib.
Avtomobilin qapılarında 14 min siqaret (FOTO)

Bakı. Trend:

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Tovuz rayon sakininin idarə etdiyi "Nissan X-trail" markalı nəqliyyat vasitəsinə tütün məmulatlarının axtarışı üzrə "Belıy" ləqəbli kinoloji xidmət itinin vasitəsilə baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, xidməti itin avtomobilin qapılarına verdiyi reaksiya əsasında nəqliyyat vasitəsinin qapılarının içliyi sökülüb və nəticədə avtomobilin qapılarının içərisindən gömrük nəzarətindən gizlədilən 14 min ədəd müxtəlif markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti