...

Prokuror vətəndaşları aldadan şirkət direktoruna 7 il cəza istədi

Hadisə Materials 1 İyun 2016 16:03 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vəzifə saxtakarlığında təqsirləndirilən “VEDI-E” MMC-nin direktoru Qoşun Rəhimovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Prokuror vətəndaşları aldadan şirkət direktoruna 7 il cəza istədi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və vəzifə saxtakarlığında təqsirləndirilən "VEDI-E" MMC-nin direktoru Qoşun Rəhimovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib.

Prokuror Q.Rəhimovun 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin müdafiəçisi çıxış üçün vaxt istədiyindən proses iyunun 8-nə təyin edilib.

İttihama əsasən, vətəndaşlar 2007-2008-ci illərdən etibarən "VEDI-E" MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar.

Araşdırmalar zamanı MMC-nin direktoru Q.Rəhimov çoxmərtəbəli yaşayış binasındakı mənzilləri aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıb. Bu yolla 29 nəfər zərərçəkənə 305 min manat məbləğində ziyan vurulub.

O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. İstintaq dövründə Q.Rəhimov barəsində heç yerə getməməklə bağlı iltizam alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti