...

Gəncədə 5 yaşlı uşağı maşın vurdu - vəziyyəti ağırdır

Hadisə Materials 17 İyun 2016 19:24 (UTC +04:00)
Polis sürücünün axtarışlarına başlayıb. Faktla bağlı araşdırma aparılır.
Gəncədə 5 yaşlı uşağı maşın vurdu - vəziyyəti ağırdır

Bakı. Trend:

Gəncədə 5 yaşlı uşağı avtomobil vurub.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Yusif Məmmədov anası ilə birlikdə sərnişin avtobusundan düşdükdən sonra yoldan keçən avtomobil onu vurub.

Ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilən uşağın vəziyyətini həkimlər ağır qiymətləndirir.

Polis sürücünün axtarışlarına başlayıb. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti