...

Füzulidə tank mərmisi tapılıb (FOTO)

Hadisə Materials 21 İyun 2016 20:14 (UTC +04:00)
Füzuli rayonunda tank mərmisi aşkar olunub.
Füzulidə tank mərmisi tapılıb (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Füzuli rayonunda tank mərmisi aşkar olunub.

Bu barədə Trend-ə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Tərtər rayonu

Cəmilli kəndi – 1 fermada 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarilə 8000 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonu

Horadiz kəndi – 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (125 mm-lik tank mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarilə 2600 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə, iyunun 21-də 1 ferma, 3 əkin sahəsi, 7 partlayış yeri yoxlanılıb, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi və 1 ədəd 125 mm-lik tank mərmisi) aşkar olunaraq götürülüb və gün ərzində 10 600 kv.m ərazi təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti