...

Bir ailənin 4 üzvünü avtomobillə vurub qaçan sürücü tutuldu

Hadisə Materials 24 İyun 2016 11:53 (UTC +04:00)
Abşeronda bir ailənin 4 üzvünü avtomobillə vurub qaçan sürücü tapılıb.
Bir ailənin 4 üzvünü avtomobillə vurub qaçan sürücü tutuldu

Bakı. Trend:

Abşeronda bir ailənin 4 üzvünü avtomobillə vurub qaçan sürücü tapılıb. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 21-də saat 23 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində rayon sakini Fazil Rzaxanov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri Xəlil Qubadovu, arvadı Ruhiyyəni, qızları Fidanı və Fizzəni vurub hadisə yerini tərk edib. Piyadalar xəstəxanaya yerləşdiriliblər.

Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Rzaxanov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti