...

3 gün öncə dənizdə batmış gəncin cəsədi tapıldı

Hadisə Materials 25 İyun 2016 10:06 (UTC +04:00)
İyunun 22-də dənizdə batmış gəncin cəsədi tapılıb.
3 gün öncə dənizdə batmış gəncin cəsədi tapıldı

Bakı. Trend:

İyunun 22-də dənizdə batmış gəncin cəsədi tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, iyunun 22-də Bakı şəhəri, Pirallahı rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 10 km aralıda) batmış 1998-ci il təvəllüdlü İsmayıllı Fərid Ədalət oğlunun axtarışları başa çatıb. F.İsmayıllının cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 10 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 08:30-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti