...

Qəbələdə göldə batan 21 yaşlı gəncin meyiti tapılıb (YENİLƏNİB)

Hadisə Materials 9 İyul 2016 22:30 (UTC +04:00)
Qəbələdə göldə batan şəxsin meyiti tapılıb
Qəbələdə göldə batan 21 yaşlı gəncin meyiti tapılıb (YENİLƏNİB)

Axtarış-xilasetmə işlərinin nəticəsi barədə məlumat əlavə olunub (ilk xəbər saat 18:27-də yayılıb)

Bakı. Trend:

Qəbələdə göldə batan şəxsin meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində yerləşən Nohur göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2 km aralıda nəzarətsiz ərazidə) 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1995-ci il təvəllüdlü Babayev Sənan Ələsgər oğlunun cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

X X X

18:27

Qəbələdə göldə bir nəfər batıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu, Nohurqışlaq kəndində Nohur göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti