...

Xətaidə ağır yol qəzası - 1 ölü, 5 yaralı

Hadisə Materials 26 İyul 2016 11:58 (UTC +04:00)
Bakıda avtomobil 3 piyadanı vurub
Xətaidə ağır yol qəzası - 1 ölü, 5 yaralı

Bakı. Trend:

Bakıda avtomobil 3 piyadanı vurub.

Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, iyulun 25-də saat 08 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Emin Mürsəlov “Mercedes” markalı avtomobili idarə edərkən idarəetməni itirdiyindən dayanacaqda dayanmış paytaxt sakinləri Günay Hüseynovanı, Çingiz Abdullayevi və Sara Salahlını vurub, sonradan avtomobil divara çırpılıb.

Hadisə nəticəsində sürücü hadisə yerində ölüb, G.Hüseynova, Ç.Abdullayev, S.Salahlı, habelə E.Mürsəlovun 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti