...

DİN polis polkovnikinin oğlunun ölümü barədə məlumat yaydı

Hadisə Materials 5 Avqust 2016 11:52 (UTC +04:00)
Daxili İşlər Nazirliyi sabiq polis rəisinin oğlunun ölümü barədə məlumat yayıb
DİN polis polkovnikinin oğlunun ölümü barədə məlumat yaydı

Bakı. Trend:

Daxili İşlər Nazirliyi sabiq polis rəisinin oğlunun ölümü barədə məlumat yayıb. Trend nazirliyin saytına istinadən xəbər verir ki, avqustun 4-də saat 19 radələrində İmişli rayonunun Allahmədətli kəndində Bakı şəhər sakini Anar Hüseynov idarə etdiyi “Range Rover” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilmiş sürücü orada ölüb.

İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, A.Hüseynov sabiq polis rəisi, polis polkovniki Möhübbət Hüseynovun oğludur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti