...

Bakıda geyim mağazası yanıb

Hadisə Materials 15 Avqust 2016 15:07 (UTC +04:00)
Paytaxtda geyim mağazasında yanğın olub.
Bakıda geyim mağazası yanıb

Bakı. Trend:

Paytaxtda geyim mağazasında yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 75 m² olan geyim mağazasının anbarında geyim əşyaları 17 m² sahədə yanıb.

Anbarın qalan hissəsi və mağaza yanğından mühafizə olunub. Yanğın saat 11:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti