...

Toyda kütləvi dava - sərxoş gənclər bıçaqlaşdılar

Hadisə Materials 20 Avqust 2016 12:38 (UTC +04:00)
Şəmkirdə toy məclisi kütləvi davaya çevrilib.
Toyda kütləvi dava - sərxoş gənclər bıçaqlaşdılar

Bakı. Trend:

Şəmkir rayonunun Yenihəyat kəndində toy məclisində kütləvi dava baş verib. 

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, sərxoş halda mübahisə edən gənclər sonda bıçağa əl atıblar. Kütləvi dava zamanı kənd sakini 29 yaşlı Elman Səfərov bıçaqlanıb. Dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralı əməliyyat olunub. Vəziyyəti orta ağırdır. 

Hələlik kütləvi davanın iştirakçıları və E.Səfərovu bıçaqlayan şəxsin kimliyi məlum deyil. Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları bu istiqamətdə araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti