...

Avtomobil 50 metrlikdən dərəyə yuvarlandı (FOTO/VİDEO)

Hadisə Materials 23 Avqust 2016 18:55 (UTC +04:00)
Bakı sakini avtomobillə hərəkətdə olarkən yolun döngə hissəsində idarəetməni itirib.
Avtomobil 50 metrlikdən dərəyə yuvarlandı (FOTO/VİDEO)

Bakı. Trend:

Neftçalada avtomobil dərəyə yuvarlanıb.

Trend Region TV-yə istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqarabucaq kəndinin ərazisindən keçən hissəsində baş verib. Bakı sakini, 47 yaşlı Şahin İsmayılov  avtomobillə hərəkətdə olarkən yolun döngə hissəsində idarəetməni itirib. Nəticədə avtomobil aşaraq yoldan 50 metr kənara düşüb.

Sürücü  xəsarət alıb. Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona  yardım göstərilib.

Qeyd edək ki, Ş.İsmayılov taksi fəaliyyəti ilə məşğul olur.

 

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti