Bakı. Trend:
Bakıda yanğın baş verib.
Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Səbail rayonunda doğranmaqda olan gəminin yanar hissələri yanıb.
Yaxınlıqda lövbər almış digər gəmilər yanğından mühafizə olunub.
Yanğın saat 03:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.