...

Masallıda restoran yanıb

Hadisə Materials 31 Avqust 2016 04:32 (UTC +04:00)
Masallıda restoran yanıb
Masallıda restoran yanıb

Bakı. Trend:

Masallıda restoran yanıb.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Masallı rayonunda istirahət mərkəzində ümumi sahəsi 100 kv.m olan taxta konstruksiyadan ibarət restoranın yanar konstruksiyaları 80 kv.m sahədə yanıb.

Restoranın qalan hissəsi və yaxınlığdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 01:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti