...

Gəncə çayına düşən xilas edildi

Hadisə Materials 31 Avqust 2016 10:09 (UTC +04:00)
Gəncə çayına düşən şəxs xilas edilib.
Gəncə çayına düşən xilas edildi

Bakı. Trend:

Gəncə çayına düşən şəxs xilas edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonu ərazisindən keçən Gəncə çayına 1 nəfərin düşməsi və köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 07:23-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti