Bakı. Trend:
DİO əməkdaşları tərəfindən 3 şəxsdən 40 ədəd psixotrop maddə aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə,
Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Məmməd Bağırovdan 2 ədəd, Əhməd İsmayılovdan 4 ədəd və Lənkəran rayon sakini Vaqif Məmmədova məxsus “Hyundai” markalı avtomobilə baxış zamanı 34 ədəd psixotrop maddə aşkar edilərək götürülüb.