Füzulidə yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Füzuli rayonunda vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 24 ton ot bağlamasının 12 tonu və 3 ədəd təkər yanıb.
Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 20:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.