Bakı. Trend:
Bakıda "Porsche" markalı minik avtomobili yandı.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus “Porsche” markalı minik avtomobilinin arxa sol qapısı və təkəri yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 03:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.