...

Rusiya vətəndaşı Xaçmazda qəzaya düşüb

Hadisə Materials 14 Sentyabr 2016 10:50 (UTC +04:00)
Ötən gün axşam saatlarında Xaçmaz-Yalama yolunda yol nəqliyyat hadisəsi baş verib.
Rusiya vətəndaşı Xaçmazda qəzaya düşüb

Bakı. Trend:

Ötən gün axşam saatlarında Xaçmaz-Yalama yolunda yol nəqliyyat hadisəsi baş verib.

Trend RTV-yə (Region TV) istinadən xəbər verir ki, Rusiyanın Dağıstan Muxtar Respublikasının Dərbənd şəhər sakini 31 yaşlı Ruslan Novruzovun idarə etdiyi “Lada Largus” markalı avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində sürücü və 2 sərnişin xəsarət alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Sürücü Ruslan Novruzova sağ tərəfdən döş qəfəsinin əzilməsi, sərnişinlər 33 yaşlı Dərbənd şəhər sakini Paşa Şahmuradovaya bel nahiyyəsinin sol tərəfinin sıyrıntıları, 29 yaşlı Rüstəm Qasımova isə sağ bud çanaq oynağının yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti